Kishore Kumar Hits

Tekin Karabey - Zemheri Adamlar şarkı sözleri

Sanatçı: Tekin Karabey

albüm: Keşke Sevdanın Rengi Olsa


Hər gün işə gedəndə keçirəm eyni küçədən
Səhər-səhər, günəş çıxmamış, sübh tezdən
Qulağımda musiqi, fikirlər uçur beyindən
Küçədə süpürgəçi neçə ildi eyni adam.
Nə salamlaşarıq nə danışarıq elə addımlarıq
Elə bil fərqli dəmir yollarında qatarlarıq
Onun üzündəki sarğı toza qarşı deyil, inanmayın
O qorxur tanıyan olar, gördüyü işindən utanır.
Daha sonra metroda uniforma geymiş qadın,
Tanış sərnişinlər, üst-üstə düşür iş vaxtımız
Metroda gurultudan mahnıları dinləməy olmur
Ona görə maksimum artırıram səsini telefonun
Sosial şəbəkələrdə uzaq tanışlar, dostlar
Neçə dəfə Like basmaq istəyib çıxmışam postdan.
Hər gün ərzaq aldığım dükandakı cavan xanım.
Yoldakı polis və digər tanımadığım
Sadə adamlar çoxusu danışır ləhçəynən
Çoxusu təhsilsiz, savadsız
Özgə olsaq da biz doğmayıq
Onlar həyatımın vacib bir parçası.
Çoxusu danışır ləhçəynən
Çoxusu təhsilsiz, savadsız
Özgə olsaq da biz doğmayıq
Onlar həyatımın vacib bir parçası.
Bu səhər yuxudan oyandı içimdə yeni bir insan
Süpürgəçinin adı Kazım dayı, "Dayı yorulmayasan!"
Neçə il sənin zəhmətindi bax bu təmiz yollar,
Dolardı çirk və tozla əziyyət çəkməsəydi qollar
"Təbrik edirəm xanım! Bayramınız mübarək!"
Gülümsəyin, bu gün Beynəlxalq Metropoliten İşçiləri Günüdür.
"Sabahınız xeyir, dostlar!"
Tanış deyilik amma hər səhər
Bir vaqonda gediriy məncə "salam" üçün bəs edər
Sosial şəbəkələrdə qarşılıqlı like-lardan
Mən keçirəm həqiqətən bəyəndiyim xəbərlərə
Xoşuma gəldi bəyənirəm, kim paylaşıb baxmıram.
Mən deyiləm paxıl alverçi like-ı like-a satmıram.
"Salam yoldaş, polis!"
Bu gün başınız ağrımasın.
Budur, gözəl xanım işləyən ərzaq mağazası.
"Sizin gözləriniz o qədər gözəl ki, hər dəfə mən
ərzaq seçəndə mütləq nəsə bir səhv edirəm..."
Sözlərimdən, utanmayın xanım bu deyil yalan
Sadəcə bir fikirdi, bir sözdü ürəydən gələn
Beləcə keçir növbəti gün hörmətlə sevgiylə
Görəsən Bakını dəyişə biləriymi biz birlikdə?
Sadə adamlar çoxusu danışır ləhçəynən
Çoxusu təhsilsiz, savadsız
Özgə olsaq da biz doğmayıq
Onlar həyatımın vacib bir parçası.
Çoxusu danışır ləhçəynən
Çoxusu təhsilsiz, savadsız
Özgə olsaq da biz doğmayıq
Onlar həyatımın vacib bir parçası.
Növbəti gün küçədə yoxdur artıq Kazım dayı
Yerinə başqa bir qadın, "Kazım dayı hardadı, xanım?"
"Görəsən xəstələnib?"
"Yox, dünən xahiş elədi
Müdriyyətdən ki, onun dəyişsinlər təmizlədiyi küçəni"
Metrodakı xanım üzünü çevirdi mən gələndə,
Və vaqon yoldaşlarım keçiblər o biri vaqona
Sosial şəbəkələrdə də dəyişməyib heç nə.
Polisə yaxınlaşırdım qışqırdı: "Get öz atanla oyna!."
Görəsən nolub insanlara? mən neylədim axı?.
Hardandı üzlərindəki kədər təbbəssüm hanı?.
Niyə hamı yağdırır bir birinə qarğışları?
Ərzaq dükanında da gözləyirdi qızın qardaşları.
Çoxusu danışır ləhçəynən
Çoxusu təhsilsiz, savadsız
Özgə olsaq da biz doğmayıq
Onlaın həyatında yoxdu azadlıq
Çoxusu danışır ləhçəynən
Çoxusu təhsilsiz, savadsız
Özgə olsaq da biz doğmayıq
Onlar həyatımın vacib bir parçası.

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar