Kishore Kumar Hits

Deli Yazar - İnanmıram şarkı sözleri

Sanatçı: Deli Yazar

albüm: İnanmıram


Bir gələn yenə birdə gələr deyirlər, inanmıram
Məni sevgiyə düşmən elədi, məni bu eşqə inandıran
Ağlımı Tanrı almış çoxdan Məcnuna bənzər bir hal
Halımı bu hala salan o yara Leylaya inanmıram
Baxanda gözləri alır qəlbimi bir daha baxmayacam
Bilsəm yuxuma girəcək gecələr, bir daha yatmayacam
Hər dəfə deyirəm özümə sondu, bir daha yazmayacam
Zülfi-pərişana edilən duaya, vədaya inanmıram
İnanmıram, inanmıram daha mən inanmıram
Üzümə baxanda içimi əridən gözlərə inanmıram
Sənsiz ölərəm yaşamaq nədir
Dünyam səndən ibarət mənim
Söyləyən o yarın dilindən axan sözlərə inanmıram
Edəndə ruhuna musiqi həsri ağlıma əlbət gəlir o
Qovuram ürəyimdən onu amma zənnimə xəlvət gəlir o
Hər dəfə yuxuda görürəm bəzənib ömrümə mürvət gəlir o
Mən artıq daldığım yuxuya, gördüyüm röyaya inanmıram
Yazdım səni vərəq-vərəq, ürəyimə dərd elədim
Mən özümü şimal dedim, sən özünü qərb elədin
Uğrumda can verəcək qadınları qoydum qırağa
Səni sevdim, bilirəm səhv elədim
Uzaqdasan yaxın gəl biraz əllərim sənə çatmır
Sən gedəndən dayanıb ürək yaxın gəl bəlkə atdı
Başqa adamlarda məni tapma dedim min dəfə amma
Başqa adamlarda məni min dəfə sən tapdın
Vəhşi sular dalğasında bu sevginin üzür qayığı
Yaralar sağalmır ki, hərdənbir qopur qabığı
Mənim tanışlarımı qoy qırağa
Vallah mənə bu mahnıları dinləyən milyonların gəlir yazığı
Sadə adamı şair edib sevgiyə səni inandıran
Yekəpər ağacların tumurcuğu fidandır an
Səni mən sevəcəm əvvəlki tək demişdin amma
Tumurcuğum mən sənə əvvəlkitək inanmıram
İnanmıram, inanmıram daha mən inanmıram
Üzümə baxanda içimi əridən gözlərə inanmıram
Sənsiz ölərəm yaşamaq nədir
Dünyam səndən ibarət mənim
Söyləyən o yarın dilindən axan sözlərə inanmıram
İnanmıram, inanmıram daha mən inanmıram
Üzümə baxanda içimi əridən gözlərə inanmıram
Sənsiz ölərəm yaşamaq nədir
Dünyam səndən ibarət mənim
Söyləyən o yarın dilindən axan sözlərə inanmıram

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar