O yanda maşın, Bu yanda maşın. Cavan uşağa dövlət ZİL verir Kilometrajı yüzqırx mil verir Adam vuranda iş on il verir Sudya soruşmur cavanın yaşın. O yanda maşın, bu yanda maşın, Adam az qalır itirsin başın. Varam Volqaya, bir də ki ZİM'ə Halaldır onu alsan yüzminə Əlindən rulu vermə heç kimə, Tutalım ola doğma qardaşın. O yandan maşın, bu yandan maşın, Adam az qalır itirsin başın. Motor səs salır yağlamayanda Kopotu möhkəm bağlamayanda İnspektorçuya saxlamayanda, Ağardır gözün, oynadır qaşın. O yanda maşın, bu yanda maşın, Adam az qalır itirsin başın. Maşın çox idi, yollar dar idi, Bütün sürücülər məndən zar idi Əlimdə təzə bir maşın var idi, Marşrutum oldu Bakı – Qutqaşın. O yanda maşın, bu yanda maşın, Adam az qalır itirsin başın.