Bir qoç idim, çoxdur qabaq hörmətim Xalqı döyüb söymək idi sənətim İndi qalıb ürəyimdə həsrətim Öldürə bilmirəm, döyə bilmirəm Heç kəsi incidib söyə bilmirəm İncidirdim qabaq bənna, fəhləni Gətirmişdim təngə bütün məhəlləni İndi döyür, söyür hər yetən məni Öldürə bilmirəm, döyə bilmirəm Heç kəsi incidib söyə bilmirəm O gün ki şəhərə düşüb inqilab Bu qüssədən qəlbim olubdur kabab Körpələr də mənə qaytarır cavab Öldürə bilmirəm, döyə bilmirəm Heç kəsi incidib söyə bilmirəm Əsirdi qonşular gələntək adım Bir kişidən yoxdur qorxum-zadım İndi bəyənmir məni öz arvadım Öldürə bilmirəm, döyə bilmirəm Heç kəsi incidib söyə bilmirəm Öldürə bilmirəm, döyə bilmirəm Heç kəsi incidib söyə bilmirəm Bir qoç idim, çoxdur qabaq hörmətim Xalqı döyüb söymək idi sənətim İndi qalıb ürəyimdə həsrətim Öldürə bilmirəm, döyə bilmirəm Heç kəsi incidib söyə bilmirəm İncidirdim qabaq bənna, fəhləni Gətirmişdim təngə bütün məhəlləni İndi döyür, söyür hər yetən məni Öldürə bilmirəm, döyə bilmirəm Heç kəsi incidib söyə bilmirəm