Köhnələr oynatmadadır toxmağını Ulduzu doğmuş yenə hər axmağın Hazır edib mollada qov-çaxmağını Yada salır müftə kefə baxmağını Muştuluq olsun, yenə qurban gəlir Məminə can mollaya meydan gəlir Muştuluq olsun, yenə qurban gəlir Pullu kəsib qurbanı ad eyləyir Məkkədə İsmayılı şad eyləyir Molla da hökmündə inad eyləyir Bir soruşan yox, kimi yad eyləyir? Xatirinə huruyi qılman gəlir Cənnətə başmaqlı müsəlman gəlir Xatirinə huruyi qılman gəlir Cənnətə başmaqlı müsəlman gəlir Muştuluq olsun, yenə qurban gəlir Xatirinə huruyi qılman gəlir Cənnətə başmaqlı müsəlman gəlir Xatirinə huruyi qılman gəlir Cənnətə başmaqlı müsəlman gəlir Muştuluq olsun, yenə qurban gəlir