Sənsiz ürəyi yola gətirmişəm Sanki lazımsız əşya itirmişəm Sual idin, mənim üçün nöqtəsən! Mən hər şeyi bitirmişəm Mən yola davam, sənin yolun açıq Nə məni ara, nə də qarşıma çıx Günəşi söküb, asmışam Ayı Gecəyə bulaşıb qəlbimin harayı Alışan hisslərdən yandırmışam ocaq O da yorulacaq, sönüb kül olacaq Mələklər günah yazıb, sən demə Qarışıb saçına, düşüb çiynimə Bumbuz ürəyinə göz yaşlarım şərab Ömrümü yedin, ödəmədin hesab Xəyallarına qürurum hasar Suallarına baxışlarım cavab! ♪ Mən öz taleyimlə tutub əl-ələ Bu ömür yolunu gedirəm hələ Səni yaxşı əvəz edir tənhalıq Bu bir yazı, bu bir tələb Daha bu ürəyi ovutmaq çətin Gedişim əbədi, qayıtmaq çətin Məni çağırır göyə göy üzü Hər bulud bir yanan eşqin tüstüsü Alışan hisslərdən yandırmışam ocaq O da yorulacaq, sönüb kül olacaq Mələklər günah yazıb, sən demə Qarışıb saçına, düşüb çiynimə Bumbuz ürəyinə göz yaşlarım şərab Ömrümü yedin, ödəmədin hesab Xəyallarına qürurum hasar Suallarına baxışlarım cavab!