Kishore Kumar Hits

Sara Qədimova - Ürəkdir Sevən Səni şarkı sözleri

Sanatçı: Sara Qədimova

albüm: İfalar, Vol. 1


Səhər şirin yuxudan
Eşqinlə oyanıram
Sən işə yollananda
Yol üstə dayanıram
Dönüb baxmırsan mənə
Alışıram, yanıram
Dönüb baxmırsan mənə
Alışıram, yanıram
Eşqimi ucuz tutub
Gəl incitmə sən məni
Mənim nə təqsirim var?
Ürəkdir sevən səni
Mənim nə təqsirim var?
Ürəkdir sevən səni

Özüntək bir qızılgül
Asılıbdır yaxandan
Sanıram günəş çıxıb
Sən o yandan çıxandan
Sevimli qızla oğlan
Dönüb mənə baxanda
Sevimli qızla oğlan
Dönüb mənə baxanda
Eşqimi ucuz tutub
Gəl, incitmə sən məni
Mənim nə təqsirim var?
Ürəkdir sevən səni
Mənim nə təqsirim var?
Ürəkdir sevən səni

Səni sevən ürəkdə
Mətanət var, dözüm var
O qara gözlərində
Xeyli vaxtdır gözüm var
Bir mənə bax, gözəl qız
Sənə bircə sözüm var
Bir mənə bax, gözəl qız
Sənə bircə sözüm var
Eşqimi ucuz tutub
Gəl, incitmə sən məni
Mənim nə təqsirim var?
Ürəkdir sevən səni
Mənim nə təqsirim var?
Ürəkdir sevən səni

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar