Axşam olcaq boylanıb aynabəndə Həzin-həzin tar çalırsan, ay oğlan Axşam olcaq boylanıb aynabəndə Həzin-həzin tar çalırsan, ay oğlan Qızarıram hər baxanda mənə sən Mənə sən, mənə sən ♪ Sən nə əziz, nə sevimli qonşusan Çalırsan incə-incə, hamının ürəyincə Necə heyran olmayım mən səni dinləyincə?! Mən səni dinləyincə ♪ Hər baxanda bilirəm ki, sözün var Deməsən də, gözlərindən oxunur Hər baxanda bilirəm ki, sözün var Deməsən də, gözlərindən oxunur Sədəf üstə gəzdirdiyin barmaqlar Barmaqlar, barmaqlar ♪ Ürəyimin tellərinə toxunur Çalırsan incə-incə, hamının ürəyincə Necə heyran olmayım mən səni dinləyincə?! Mən səni dinləyincə ♪ Utanıram, necə açım eşqimi? Qorxuram ki, hamı gülə, gülüşə Utanıram, necə açım eşqimi? Qorxuram ki, hamı gülə, gülüşə Bizim yerdə bu bir adət deyilmi? Deyilmi, deyilmi? ♪ Oğlan açar ürəyini həmişə Çalırsan incə-incə, hamının ürəyincə Necə heyran olmayım mən səni dinləyincə?! Mən səni dinləyincə Çalırsan incə-incə, hamının ürəyincə Necə heyran olmayım mən səni dinləyincə?! Mən səni dinləyincə