Kishore Kumar Hits

Sara Qədimova - Pıçıldaşın, Ləpələr şarkı sözleri

Sanatçı: Sara Qədimova

albüm: İfalar, Vol. 1


Pıçıldaşın, pıçıldaşın, ləpələr
Bəlkə mənə bir sözünüz var sizin
Üç gecədir mənim ömür yoldaşım
Buruq qazır qucağında dənizin
Üç gecədir mənim ömür yoldaşım
Buruq qazır qucağında dənizin
Körpəmizi yatırmışam indicə
Beşiyinə ay nurunu səpələr
Sevgilimdən xəbər verib gizlicə
Pıçıldaşın, pıçıldaşın, ləpələr
Sevgilimdən xəbər verib gizlicə
Pıçıldaşın, pıçıldaşın, ləpələr

Gecə keçir, ay dolanır üfüqdə
Göy Xəzərin sinəsində meh əsir
Ah, tez olun, darıxıram, ey sular
Müjdə verin, sevən qəlbim tələsir
Ah, tez olun, darıxıram, ey sular
Müjdə verin, sevən qəlbim tələsir
Mavi sular, sevgilimə yol verin
O qayıtsın alnıaçıq, üzüağ
Çünki qızıl Abşeronun oğluna
Bir adətdir zəfərlərlə qayıtmaq
Çünki qızıl Abşeronun oğluna
Bir adətdir zəfərlərlə qayıtmaq

Pıçıldaşın, pıçıldaşın, ləpələr
Bəlkə mənə bir sözünüz var sizin
Üç gecədir mənim ömür yoldaşım
Buruq qazır qucağında dənizin
Üç gecədir mənim ömür yoldaşım
Buruq qazır qucağında dənizin
Körpəmizi yatırmışam indicə
Beşiyinə ay nurunu səpələr
Sevgilimdən xəbər verib gizlicə
Pıçıldaşın, pıçıldaşın, ləpələr
Sevgilimdən xəbər verib gizlicə
Pıçıldaşın, pıçıldaşın, ləpələr

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar