Kishore Kumar Hits

Sara Qədimova - Haralısan şarkı sözleri

Sanatçı: Sara Qədimova

albüm: İfalar, Vol. 1


A gözəl, haralısan?
Yar, haralısan?
Qaşları qaralısan
Yar, qaralısan
Gözlərindən tanıram
Sən Bakının maralısan
Bakının maralısan
Yar, haralısan?
Gözlərindən tanıram
Sən Bakının maralısan
Bakının maralısan
Yar, haralısan?
Qaşların qarasına
Dərdimin çarasına
Məni gül, qönçə elə
Yar, məni gül, qönçə elə
Qoy sinən arasına
Yar, haralısan?
Başında ağ şalın var
Yanağında xalın var
Özün ceyran balası
Yar, haralısan?
Gözlərindən tanıram
Sən Bakının maralısan
Bakının maralısan
Yar, haralısan?

Qaşların əymə, gözəl
Əymə, gözəl
Yarama dəymə, gözəl
Dəymə, gözəl
Bu qədər naz eyləyib
Gəl, özünü öymə, gözəl
Özünü öymə, gözəl
Yar, haralısan?
Bu qədər naz eyləyib
Gəl, özünü öymə, gözəl
Özünü öymə, gözəl
Yar, haralısan?
Narınca bax, narınca
Dərmərəm saralınca
Qalmadı yarı canım
Qalmadı yar, yarı canım
Könlümü yar alınca
Yar, haralısan?
Başında ağ şalın var
Yanağında xalın var
Özün ceyran balası
Yar, haralısan?
Gözlərindən tanıram
Sən Bakının maralısan
Bakının maralısan
Yar, haralısan?

Evləri yol üstədir
Yol üstədir
Tüfəngi qol üstədir
Qol üstədir
Gedirəm görüşməyə
Sevgilim yol üstədir
Sevgilim yol üstədir
Yar, haralısan?
Gedirəm görüşməyə
Sevgilim yol üstədir
Sevgilim yol üstədir
Yar, haralısan?
Su axır, arxa nə var?
Dolanır, çarxa nə var?
Səni yar mən sevirəm
Ah, səni yar mən sevirəm
Bilmirəm xalxa nə var?
Yar, haralısan?
Başında ağ şalın var
Yanağında xalın var
Özün ceyran balası
Yar, haralısan?
Gözlərindən tanıram
Sən Bakının maralısan
Bakının maralısan
Yar, haralısan?
Gözlərindən tanıram
Sən Bakının maralısan
Bakının maralısan
Yar, haralısan?

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar