Kishore Kumar Hits

Şövkət Ələkbərova - Qara Gözlərin şarkı sözleri

Sanatçı: Şövkət Ələkbərova

albüm: İfalar, Vol. 1


Hüsnünün seyrindən doymayır ürək
Nə bəladır sənin qara gözlərin?
Bir baxışda min cadu oxuyur
Ömür çırağıdır yara gözlərin
Gah coşub, gah xumar-xumar baxanda
Şimşək kimi başım üstdə çaxanda
Atəş olub dərdli canım yaxanda
Uymasın, amandır, yada gözlərin

Xəyalın fikrimi oynatdı birdən
Qəlbimdə əksini gördüm bir səhər
Saymadın, salmadın mənə bir nəzər
Baxırdı, bilmirəm, hara gözlərin
Gah coşub, gah xumar-xumar baxanda
Şimşək kimi başım üstdə çaxanda
Atəş olub dərdli canım yaxanda
Uymasın, amandır, yada gözlərin

Zamanə qızısan, mübariz, qoçaq
Heyif ki, düşmüsən bizlərdən qaçaq
Bir de mən də bilim, nə zaman, haçan
Edəcək dərdimə çara gözlərin
Gah coşub, gah xumar-xumar baxanda
Şimşək kimi başım üstdə çaxanda
Atəş olub dərdli canım yaxanda
Uymasın, amandır, yada gözlərin

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar