Kishore Kumar Hits

Şövkət Ələkbərova - Ay Gözəl şarkı sözleri

Sanatçı: Şövkət Ələkbərova

albüm: İfalar, Vol. 1


Ay gözəl, gedək gəzməyə bağa
Ay gözəl, gedək gəzməyə bağa
Qoy bir az baxım o gül yanağa
Yanaqlarımı neynirsən, oğlan?
Dağlarda çiçək görməmisənmi?
Yanaqlarımı neynirsən, oğlan?
Dağlarda çiçək görməmisənmi?
Ay qız, sevmişəm gül camalını
Ay qız, sevmişəm gül camalını
Bir insaf elə, göstər xalını
Oğlan, gəl burax xam xəyalını
Məgər hil, mixək görməmisənmi?
Oğlan, gəl burax xam xəyalını
Məgər hil, mixək görməmisənmi?

Xumar dodağın dərdimə dərman
Xumar dodağın dərdimə dərman
Onları mənə göstər, ay canan
Dodaqlarımı neynirsən, oğlan?
Məgər beçə bal görməmisənmi?
Dodaqlarımı neynirsən, oğlan?
Məgər beçə bal görməmisənmi?
Sən bizim eldə bir nazlı dilbər
Sən bizim eldə bir nazlı dilbər
Səbrim qalmadı, qaşını göstər
Oğlan, qaşımı neynirsən, məgər?
Gecələr hilal görməmisənmi?
Oğlan, qaşımı neynirsən, məgər?
Gecələr hilal görməmisənmi?

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar