Kishore Kumar Hits

Şövkət Ələkbərova - Yaylığım şarkı sözleri

Sanatçı: Şövkət Ələkbərova

albüm: İfalar, Vol. 1


Anamdan bir yaylıq aldım

Heç bilmirəm harada saldım
Səndədirsə, ver yaylığı
Yaylıq salar, ay balam, ayrılığı
Yar, yarcan, gözəl oğlan, ver yaylığı
Yaylıq salar ayrılığı, yar, yarcan
Gözəl oğlan, ver yaylığı

Yaylığını tanı, ay qız

Məndə yaylıq hanı, ay qız?
Kim dedi yaylıq məndədir?
Bəlkə qalıb, çəməndədir, yar, yarcan?
Gəl axtar, tap yaylığını
Bəlkə qalıb, çəməndədir, yar, yarcan?
Gəl axtar, tap yaylığını

Ay kələkbaz oğlan, oğlan

İnciyərəm səndən, inan
Gəlməsə yaylıq qarşıma
Xəbər verrəm qardaşıma, yar, yarcan
Gözəl oğlan, ver yaylığı
Xəbər verrəm qardaşıma, yar, yarcan
Gözəl oğlan, ver yaylığı

Qurban olum göz-qaşına

Gedib demə qardaşına
Sevgilinəm, gəl incimə
Yaylıq məndədir, gözəl yar, yarcan
Al, sevgilim, al yaylığı
Yaylıq məndədir, gözəl yar, yarcan
Al, sevgilim, al yaylığı

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar