Kishore Kumar Hits

Şövkət Ələkbərova - Sənin Vüqarın Mənəm şarkı sözleri

Sanatçı: Şövkət Ələkbərova

albüm: İfalar, Vol. 2


Ömrün bahar çağında
Qəlbə yağan qar nədir?
Ömrün bahar çağında
Qəlbə yağan qar nədir?
Sevirsənsə, sevgilim
Səndə bu vüqar nədir?
Sevirsənsə, sevgilim
Səndə bu vüqar nədir?
Ah
Bütün arzularına
Zirvə mənəm, son mənəm
Bütün arzularına
Zirvə mənəm, son mənəm
Vüqarı neyləyirsən?
Sənin vüqarın mənəm
Vüqarı neyləyirsən?
Sənin vüqarın mənəm

Vüqar hara, eşq hara?
Sevənlər mən-mən deməz
Vüqar hara, eşq hara?
Sevənlər mən-mən deməz
Sevənlər eşq oduna
Əriyib itməzmi bəs?
Sevənlər eşq oduna
Əriyib itməzmi bəs?
Ah
Bütün arzularına
Zirvə mənəm, son mənəm
Bütün arzularına
Zirvə mənəm, son mənəm
Vüqarı neyləyirsən?
Sənin vüqarın mənəm
Vüqarı neyləyirsən?
Sənin vüqarın mənəm

Sevən ürək əzabdan
Heç usanıb yorulmaz
Sevən ürək əzabdan
Heç usanıb yorulmaz
Gülü sevən ürəkdə
Qəzəb olmaz, kin olmaz
Gülü sevən ürəkdə
Qəzəb olmaz, kin olmaz
Ah
Bütün arzularına
Zirvə mənəm, son mənəm
Bütün arzularına
Zirvə mənəm, son mənəm
Vüqarı neyləyirsən?
Sənin vüqarın mənəm
Vüqarı neyləyirsən?
Sənin vüqarın mənəm

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar