Kishore Kumar Hits

Şövkət Ələkbərova - Bir Xumar Baxışla şarkı sözleri

Sanatçı: Şövkət Ələkbərova

albüm: Bir Xumar Baxışla


Çiçəklər açmasa, gələrsən – yaz gələr!
Çiçəklər açmasa, gələrsən – yaz gələr!
Üfüqlər tutulsa, gülərsən – göy gülər!
Qəzəblə qışqırsan – ulduzlar tökülər
Bir xumar baxışla səadət bağışla
Bir xumar baxışla səadət bağışla
Yenə gəldin sən
Baxıb güldün sən
Bahar gəldi, güllər açdı!
Çaylar daşdı, nəğmə qoşdu
Çaylar daşdı, nəğmə qoşdu sənə
Yenə gəldin sən
Baxıb güldün sən
Bahar gəldi, güllər açdı!
Çaylar daşdı, nəğmə qoşdu
Çaylar daşdı, nəğmə qoşdu sənə
Çiçəklər açmasa, gələrsən – yaz gələr!
Çiçəklər açmasa, gələrsən – yaz gələr!

Kənara baxırsan, gözümdə od yanır
Kənara baxırsan, gözümdə od yanır
Üzümə baxırsan, ürəyim talanır
Bu aləm başıma dolanır, dolanır
Bir xumar baxışla bir aləm bağışla
Bir xumar baxışla səadət bağışla
Yenə gəldin sən
Baxıb güldün sən
Bahar gəldi, güllər açdı!
Çaylar daşdı, nəğmə qoşdu
Çaylar daşdı, nəğmə qoşdu sənə
Yenə gəldin sən
Baxıb güldün sən
Bahar gəldi, güllər açdı!
Çaylar daşdı, nəğmə qoşdu
Çaylar daşdı, nəğmə qoşdu sənə
Çiçəklər açmasa, gələrsən – yaz gələr!
Çiçəklər açmasa, gələrsən – yaz gələr!
Gələrsən – yaz gələr!

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar