Kishore Kumar Hits

Şövkət Ələkbərova - Axşam Gəldi şarkı sözleri

Sanatçı: Şövkət Ələkbərova

albüm: İfalar (Vol. 4)


Axşam gəldi, axşam gəldi
Sevən könüllərə ilham gəldi
Bu axşam aylı axşam
Ulduzlu, aylı axşam
Dəniz gözəl, səma gözəl
Bu aləmi, gül, seyr eylə, gəl
Gəl çıxaq sahilə səninlə, səninlə
Sevdalı könlümü bir dinlə, bir dinlə

Bir laləzar kimi dalğalanır göy Xəzər
Qağayılar kimi nəğmə deyir ləpələr
Nəğmə deyir ləpələr
Yerdə çiçəklər, göydə ulduzlar gülür bu axşam
Ah, bu nurlu axşam
Ah, bu nurlu axşam

Axşam gəldi, axşam gəldi
Sevən könüllərə ilham gəldi
Sevənlər görüşürlər, deyirlər, gülüşürlər
Sahil gülür, Xəzər gülür
Baxıb vüsal dolu gözlər gülür
Hicranlı duyğular uzaqda, uzaqda
Gül açır arzular dodaqda, dodaqda

Bir laləzar kimi dalğalanır göy Xəzər
Qağayılar kimi nəğmə deyir ləpələr
Nəğmə deyir ləpələr
Yerdə çiçəklər, göydə ulduzlar gülür bu axşam
Ah, bu nurlu axşam
Ah, bu nurlu axşam
Ah, bu nurlu axşam
Ah, bu nurlu axşam
Ah, bu nurlu axşam

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar