Kishore Kumar Hits

Şövkət Ələkbərova - Yenə O Bağ Olaydı şarkı sözleri

Sanatçı: Şövkət Ələkbərova

albüm: İfalar (Vol. 4)


Yenə o bağ olaydı
Yenə yığışaraq siz
O bağa köçəydiniz
Biz də muradımızca fələkdən kam alaydıq
Sizə qonşu olaydıq
Sizə qonşu olaydıq
Yenə o bağ olaydı, səni tez-tez görəydim
Qələmə söz verəydim
Hər gün bir yeni nəğmə
Hər gün bir yeni ilham
Yazaydım səhər-axşam
Yazaydım səhər-axşam
Yazaydım səhər-axşam
Yazaydım səhər-axşam
Arzuya bax, sevgilim, tellərindən incəm
Tellərindən incəmi?
Söylə, ürəyincəmi?

Arzuya bax, sevgilim, tellərindən incəmi
Tellərindən incəmi?
Söylə, ürəyincəmi?

Yenə də bir vuraydı qəlbimiz gizli-gizli
Sən, ey əsmər bənizli
Sən, ey əsmər bənizli
Sən, ey əsmər bənizli
Sən, ey əsmər bənizli

Yenə o bağ olaydı, yenə sizə gələydik
Danışaydıq, güləydik
Ürkək baxışlarınla ruhumu dindirəydin
Məni sevindirəydin
Məni sevindirəydin
Gizli söhbət açaydıq ruhun ehtiyacından
Qardaşından, bacından
Çəkinərək çox zaman söhbəti dəyişəydin
Mənimlə əyişəydin
Mənimlə əyişəydin
Mənimlə əyişəydin
Mənimlə əyişəydin
Arzuya bax, sevgilim, tellərindən incəmi
Tellərindən incəmi?
Söylə, ürəyincəmi?

Arzuya bax, sevgilim, tellərindən incəmi
Tellərindən incəmi?
Söylə, ürəyincəmi?
Yenə də bir vuraydı, qəlbimiz gizli-gizli
Sən, ey əsmər bənizli
Sən, ey əsmər bənizli
Sən, ey əsmər bənizli
Sən, ey əsmər bənizli

Yenə o bağ olaydı

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar