Kishore Kumar Hits

Şövkət Ələkbərova - Durnalar şarkı sözleri

Sanatçı: Şövkət Ələkbərova

albüm: İfalar, Vol. 5


Bir zaman havada qanad, qanad saxlayın
Sözüm vardır mənim sizə, durnalar, ay durnalar
Sözüm vardır mənim sizə, durnalar, ay durnalar
Qatarlaşıb nə diyardan gəlirsiniz, durnalar, ay durnalar?
Bir xəbər versəniz bizə, durnalar, ay durnalar
Bir xəbər versəniz bizə, durnalar, ay durnalar

Xeyli vaxtdır, yarın, yarın fərağındayam
Pərvanətək hüsnün, hüsnün çırağındayam
Pərvanətək hüsnün, hüsnün çırağındayam
Bir alagözlünün sorağındayam, durnalar, ay durnalar
Görünürmü, görün gözə, durnalar, ay durnalar
Görünürmü, görün gözə, durnalar, ay durnalar

Nazənin-nazənin edər, edərsiniz avaz
Ruhlar təzələnir, olur, olur-olur sərafraz
Ruhlar təzələnir, olur, olur-olur sərafraz
Vaqifin də könlü çox edər, edər pərvaz
Durnalar, ay durnalar
Hərdən sizin kimi gəzə, durnalar ay durnalar
Hərdən sizin kimi gəzə, durnalar ay durnalar

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar