Əsrim ucaldıqca mən də ucaldım Damlaydım xalqımın ümmanında mən Dostumun xoş günü görünməz oldum Oldum ağır gündə dost yanında mən Oldum ağır gündə dost yanında mən Kimə dost dedimsə, elə dost dedim Düşmənlər içində mən dost gəzmədim Dedim öz sözümü öz sənətimlə ♪ Dövrəmdə nə qədər dostum, yaşadım Heç kimə bənzəməz xasiyyətimlə Hamıya bənzəyən ömür yaşadım Oldum ağır gündə dost yanında mən Güc alıb min, milyon qardaşlarımdan Səsimi nəslimin səsinə qatdım Doğma misraların sal daşlarından Ey ömür, mən sənə heykəl ucaltdım Ey ömür, mən sənə heykəl ucaltdım