Kishore Kumar Hits

Şövkət Ələkbərova - Solmazın Mahnısı - Remastered şarkı sözleri

Sanatçı: Şövkət Ələkbərova

albüm: İfalar (Vol.10)


Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərəm
Mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərəm
Mən bir qızam, sevdiyimçin cəfalara dözərəm
Sənsiz güllər açılmasın
Açılmasın, axar çaylar dayansın
Oxu, bülbül, bəlkə yarım oyansın

Mən bir sönməz ulduzam ki, daim işıq saçaram
Mən bir oynaq bülbüləm ki, güldən-gülə uçaram
Mən bir bağlı aləməm ki, sevgilimdir açarım
Sənsiz günəş görünməsin
Görünməsin, qaralara boyansın
Oxu, bülbül, bəlkə yarım oyansın, oyansın, oyansın
Yarım, yarım
Ah-ah-ah

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar