Kishore Kumar Hits

Şövkət Ələkbərova - Niyə Susdun, Gözəl Oğlan - Remastered şarkı sözleri

Sanatçı: Şövkət Ələkbərova

albüm: İfalar (Vol.10)


Hər gün məni izləyirsən kölgə kimi
Deyirsən ki: "Tükətdin tamam səbrimi"
Söz açıb, and içirsən hər addım başı
Yalvarırsan: "Könlümün, gəl, ol sirdaşı"

Şirin dilin var, xoş qamətin
Kənd içində çoxdur şöhrətin
Kənd qiymətli üzükdür, mən onun qaşı
Soyuq olma, alışdı bağrımın başı

Oğlan, sənin sözünü saymıram yalan
Gəlini də göz üstdə saxlayar anan
At sürərsən yel kimi cıdır zamanı
Toylarda sənin kimi saz çalan hanı?

Dostların sevir söhbətini
Hərə sayır xoş ülfətini
Səni görəndə çoşur gənclərin qanı
Gəzirsən qarış-qarış kəndi, obanı

Könül vermir, bəs niyə, bircə qız sənə?
Qız düşüncək hamı deyir qayğısız sənə
Niyə susdun, sözümdən bəlkə utandın?
Boş dolanma, işində dillənsin adın

O vaxt, böyük oğlan, hər gənc ürək
Səni xoşlayacaq, sevəcək
Qızların nəğməsində gəzəcək adın
Anana deyəcəklər: "Gözlərin aydın!"

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar