Kishore Kumar Hits

Şövkət Ələkbərova - Neyçin Gəlmədin - Remastered şarkı sözleri

Sanatçı: Şövkət Ələkbərova

albüm: İfalar (Vol.10)


Gözlədim yolunu həsrət içində
Tükəndi taqətim, neçin gəlmədin
Şəhdi-visalından üzüldü əlim
Ey dilbər afətim, neçin gəlmədin
Ey dilbər afətim, neçin gəlmədin
Əlimdəki qələm bir sədəfli saz
Nə qədər səninçün coşar, yorulmaz

Əlimdəki qələm bir sədəfli saz
Nə qədər səninçün coşar, yorulmaz
Aramızda olan zəncir qırılmaz
Ey sözüm-söhbətim, neçin gəlmədin

Gözlədim yolunu, hava qarardı
Bu qaranlıq hava ruhumu sardı
Səndən qəmgin könül sevinc umardı
Sən ey səadətim, neçin gəlmədin
Sən ey səadətim, neçin gəlmədin
Əlimdəki qələm bir sədəfli saz
Nə qədər səninçün coşar, yorulmaz

Əlimdəki qələm bir sədəfli saz
Nə qədər səninçün coşar, yorulmaz
Aramızda olan zəncir qırılmaz
Ey sözüm-söhbətim, neçin gəlmədin
Ey sözüm-söhbətim, neçin gəlmədin

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar