Kishore Kumar Hits

Şövkət Ələkbərova - Qəlbimdə Qaldın - Remastered şarkı sözleri

Sanatçı: Şövkət Ələkbərova

albüm: İfalar (Vol.10)


Səni yaz qatarı apardı tezdən
Elə bil, dünyanı qarlı qış aldı
Səni yaz qatarı apardı tezdən
Elə bil, dünyanı qarlı qış aldı
Heç yana getmədin sən yer üzündən
Bəs, niyə yer üzü birdən boşaldı?
Heç yana getmədin sən yer üzündən
Bəs, niyə yer üzü birdən boşaldı?
Yer üzü boşaldı
Hicran elə gəldi, ayırdı bizi

Sanki üfüqlərə uçan xəyaldın
Hicran elə bildi ayırdı bizi
Bir idin, min olub, qəlbimdə qaldın
Hicran elə bildi ayırdı bizi
Bir idin, min olub, qəlbimdə qaldın, qəlbimdə qaldın

Gecələr sakitcə axan ulduzlar
Göylər çəmənində naxışlarındır
Gecələr sakitcə axan ulduzlar
Göylər çəmənində naxışlarındır
Hardasa gözümə baxan ulduzlar
Ulduz yox, həsrətli baxışlarındır
Hardasa gözümə baxan ulduzlar
Ulduz yox, həsrətli baxışlarındır
Həsrətli baxışlar
Hicran elə gəldi, ayırdı bizi

Hicran
Hicran
Elə gəldi, ayırdı bizi
Sanki üfüqlərə uçan xəyaldın
Hicran elə bildi ayırdı bizi
Bir idin, bir idin, min olub, qəlbimdə qaldın
Hicran elə gəldi, ayırdı bizi

Sanki üfüqlərə uçan xəyaldın
Hicran elə bildi ayırdı bizi
Bir idin, min olub, qəlbimdə qaldın
Hicran elə bildi ayırdı bizi
Bir idin, min olub, qəlbimdə qaldın
Qəlbimdə qaldın, qəlbimdə qaldın

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar