Bilirsən ki, əzəldən yalanı sevmirəm mən Neçə vaxtdır, aldadıb sən xətrimə dəyirsən Dəli çay kimi çoşma, heç zaman həddi aşma Sevginin xətrinə nə olar, yalan danışma Tək səni sevdiyimdən Heç bir söz demirəm mən Bir də belə eyləsən Küsərəm, vallah, səndən Tək səni sevdiyimdən Heç bir söz demirəm mən Bir də belə eyləsən Küsərəm, vallah, səndən Əvvəl belə deyildin, dəyişmisən büsbütün Artıq bir vərdiş olub yalan vədlər sən üçün Çox qalxma bəmdən zilə Sözünü vermə yelə, əvvəl düşün, sonra din Söz verdin, əməl eylə Tək səni sevdiyimdən Heç bir söz demirəm mən Bir də belə eyləsən Küsərəm, vallah, səndən Tək səni sevdiyimdən Heç bir söz demirəm mən Bir də belə eyləsən Küsərəm, vallah, səndən Hər vaxt evə dönəndə Bu nə adətdir səndə? Vurnuxursan həmişə bəhanələr içində Sözün ötəri külək, sən mənə gəlmə kələk Elə etmə, bir səhər həsrəti sevindirək Tək səni sevdiyimdən Heç bir söz demirəm mən Bir də belə eyləsən Küsərəm, vallah, səndən Tək səni sevdiyimdən Heç bir söz demirəm mən Bir də belə eyləsən Küsərəm, vallah, səndən Tək səni sevdiyimdən Heç bir söz demirəm mən Bir də belə eyləsən Küsərəm, vallah, səndən Tək səni sevdiyimdən Heç bir söz demirəm mən Bir də belə eyləsən Küsərəm, vallah, səndən Tək səni sevdiyimdən Heç bir söz demirəm mən Bir də belə eyləsən Küsərəm, vallah, səndən Tək səni sevdiyimdən Heç bir söz demirəm mən Bir də belə eyləsən Küsərəm, vallah, səndən