Mən ki doymamışdım heç vüsalından Mənə zülm eylədi yaman ayrılıq Nə olardı bir gün durub yuxudan Görəydim ki olub yalan ayrılıq Mən görəndə orada yaz səhəriydi Xoş nəfəs baharın küləkləriydi Mən görəndə orada yaz səhəriydi Xoş nəfəs baharın küləkləriydi Açılan ağ badam çiçəkləriydi İndi onlardımı solan ayrılıq? Ayrılıq, ayrılıq, aman ayrılıq Mənə zülm elədi yaman ayrılıq Ayrılıq, ayrılıq, aman ayrılıq Mənə zülm elədi yaman ayrılıq ♪ Biz ki bir ruh idik iki bədəndə O, gülüb-sevinsə gülərdim mən də Vüsalın bülbülü uçub gedəndə Daş kimi qəlbimdə qalan ayrılıq Mən görəndə orada yaz səhəriydi Xoş nəfəs baharın küləkləriydi Mən görəndə orada yaz səhəriydi Xoş nəfəs baharın küləkləriydi Açılan ağ badam çiçəkləriydi İndi onlardımı solan ayrılıq? Ayrılıq, ayrılıq, aman ayrılıq Mənə zülm elədi yaman ayrılıq Ayrılıq, ayrılıq, aman ayrılıq Mənə zülm elədi yaman ayrılıq ♪ Kim qıydı dostların bahar elinə? Mehriban sözünə, şirin dilinə? Cananın sazını alıb əlinə Əğyar mizrabıyla çalan ayrılıq Mən görəndə orada yaz səhəriydi Xoş nəfəs baharın küləkləriydi Mən görəndə orada yaz səhəriydi Xoş nəfəs baharın küləkləriydi Açılan ağ badam çiçəkləriydi İndi onlardımı solan ayrılıq? Ayrılıq, ayrılıq, aman ayrılıq Mənə zülm elədi yaman ayrılıq Ayrılıq, ayrılıq, aman ayrılıq Mənə zülm elədi yaman ayrılıq Ayrılıq, ayrılıq, aman ayrılıq Mənə zülm elədi yaman ayrılıq