Ala gözlüm, səndən ayrı gecələr, Bir il kimi uzun olur neyləyim? Bağçamızda qızıl güllər hər səhər Tezdən acır, vaxtsız solur, neyləyim? Bağçamızda qızıl güllər hər səhər Tezdən acır, vaxtsız solur, neyləyim? Nərgizlərin gözü yaşla dolanda, Bənövşələr baxıb qəmgin olanda, Qərənfilin gözü yolda qalanda, Yasəmənlər saçın yolur, neyləyim? Qərənfilin gözü yolda qalanda, Yasəmənlər saçın yolur, neyləyim? Çiçəklərin çəkir gözü intizar, Ayrılıqdan betər dünyada nə var? Çiçəklərin çəkir gözü intizar, Ayrılıqdan betər dünyada nə var? Yaz axşamı səni bilki bu Nigar Həzin-həzin yada salır neyləyim? Tez gələsən, bəlkə əlac verəsən, Sünbüllerin saçın yığıb hörəsən Çiçəkləri gəlib özün dərəsən, Yolda qalır, baxışları neyləyim? Çiçəkləri gəlib özün dərəsən, Yolda qalır, baxışları neyləyim? Çiçəklərin çəkir gözü intizar, Ayrılıqdan betər dünyada nə var? Çiçəklərin çəkir gözü intizar, Ayrılıqdan betər dünyada nə var? Yaz axşamı səni bilki bu Nigar Həzin-həzin yada salır neyləyim? Yaz axşamı səni bilki bu Nigar Həzin-həzin yada salır neyləyim? Ala gözlüm, səndən ayrı gecələr!