Qarışır ağ və qara Güvən yox daha insanlara Yarısı bel bağlamağa Hazır deyil sirr saxlamağa Alışır içdə yara Danışım necə başqalara? Tutsunlar yenə daşqalağa Təcili qaçmalı uzaqlara Axı uzaqlar belə dolub dərd ilə Möhür var dilə Dedim fərz elə, mən daha söz tapmıram Yanıram, odlanıram dünyanın halına Düşünürəm, arayıram, vallah, daha mən söz tapmıram Yanıram, odlanıram dünyanın halına Düşünürəm, arayıram, vallah, daha mən söz tapmıram Maska bəzilərində idi İndi isə hamıdadır Görən, bundan sonra Hansı problemlər qapıdadır? Keçən gözəl illərimiz hər biri yadımdadır Amma indi həvəslənirəm Sonra da yarım qalır Canım yanır, hər yananda yadda qalır Qorumuruq mədəniyyəti O da yada qalır Biri girir həyatına elə fağır-fağır Qadan alım deyir, deyən gedir, qada qalır Yanıram, odlanıram dünyanın halına Düşünürəm, arayıram, vallah, daha mən söz tapmıram Yanıram, odlanıram dünyanın halına Düşünürəm, arayıram, vallah, daha mən söz tapmıram ♪ Vallah, daha mən söz tapmıram