Əllərimi həyatdan üzüb gedən zaman Mənə dərman kimi gəldin ay sevgilim Bu qədər ağrılar, acılar çəkdiyimi Söylə görüm hardan bildin ay sevgilim Bu sitəmi, dərdi ata bilmərəmki sənsiz Qəlbimin səsindən yata bilmərəmki sənsiz Kor olar gözlərim sən olmasan ağlayar Gözümün yaşını sildin ay sevgilim Bunu mənə küləklər,yağışlar dedi Nə etsəmdə həmişə bağışlar dedi Hər gün doğmalaşan baxışlar dedi Dediki sənsiz olmaz ay ömrüm günüm Həyat səninlə şad firəvan, şahanə Sənə həmişə axtaracam bəhanə Evim, eşiyim sənsiz olar viranə Yerin əsla dolmaz ay ömrüm günüm Evim, eşiyim sənsiz olar viranə Yerin əsla dolmaz ay ömrüm günüm ♪ Əllərimi həyatdan üzüb gedən zaman Mənə dərman kimi gəldin ay sevgilim Bu qədər ağrılar, acılar çəkdiyimi Söylə görüm hardan bildin ay sevgilim Bu sitəmi, dərdi ata bilmərəmki sənsiz Qəlbimin səsindən yata bilmərəmki sənsiz Kor olar gözlərim sən olmasan ağlayar Gözümün yaşını sildin ay sevgilim Xəbər verir ruhum hər bir anından Sən dəyərlisən bu şirin canımdan Nə olar məni üzmə getmə yanımdan Sevən dərdə salmaz ay ömrüm günüm Mən tanrıya bağladım bu diləyi Verdi ona mənim kimi mələyi Allah həmişə bir döyünən ürəyi Bir birindən almaz ay ömrüm günüm Allah həmişə bir döyünən ürəyi Bir birindən almaz ay ömrüm günüm