Kishore Kumar Hits

Joseph Abbas - Döngə - Live şarkı sözleri

Sanatçı: Joseph Abbas

albüm: Döngə (Live)


Bir qız gördüm, könlüm ona vuruldu
Söz deyəndə çeşmə kimi duruldu
Əl elədim, döngə səndən buruldu
İlk yarımı, döngə, məndən gizləmə!
Uçdu quşum, o turacın dalıyca
Doğru sözdür: "aşıq çapar qılınca"
Dərdə düşdüm ondan bir söz alınca
İlk yarımı, döngə, məndən gizləmə!
Nişanə var kəmərində belinin
Məst edibdir ətri məni dilinin
Şirin dilli Azərbaycan elini
Şikarımı, döngə, məndən gizləmə!

Yerişinə baxmaq ilə doymuram
Dəniz kimi kül əyərəm, sönmərəm
Bil ki, səndə bu sitəmi qoymaram
İlk yarımı, döngə, məndən gizləmə!
Dərdim birdir, çatdırarsan sən yüzə
Hünərinə çətindir ki, dağ dözə
Uçuram, dinini döndərəm düzə
İlk yarımı, döngə, məndən gizləmə!
Nişanə var kəmərində belinin
Məst edibdir ətri məni dilinin
Şirin dilli Azərbaycan elinin
Şikarımı, döngə, məndən gizləmə!

Nişanə var kəmərində belinin
Məst edibdir ətri məni dilinin
Şirin dilli Azərbaycan elinin
Şikarımı, döngə, məndən gizləmə!
Şirin dilli Azərbaycan elinin
Şikarımı, döngə, məndən gizləmə!

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar