Kishore Kumar Hits

Epi - Mən Güvənirəm Bəxtimə şarkı sözleri

Sanatçı: Epi

albüm: Epidemiya


Mən güvənirəm bəxtimə, mənə "ayrılaq" sözünü gəl demə
Sən şərik ol dərdimə, mən səni yenə salaram qəlbimə
Mən güvənirəm bəxtimə, mənə "ayrılaq" sözünü gəl demə
Sən şərik ol dərdimə, mən səni yenə salaram qəlbimə
Sən və yeni sevgilin, mən ümid edirəm ki, yaxşısız
Yəqin ki, xoşbəxtsiz, ya da ki, dərdləşib gecəni yatmısız
Xoşbəxt görsənirsiz, çünki yalan üstə qurulub axışınız
Sən deyilsən yaxşı qız, çalış həyatının naxışını yaxşı cız
Mən sənin ovucuna həqiqət qoyaram
Amma ki, heç vaxt yalan vermərəm
Qeydinə qalaram düzgün bir qızın
Sevgi yoxdur deyə kalan sevmərəm
Yalandan başqa palan geymərəm
Dalına düşüb, tin-dalan getmərəm
Əvvəlki halını it kimi sevirəm
İndiki halına heç salam vermərəm
Hə, "heç kimə bənzəməz"lə
"Hamı kimisən"in arasında incə xətsən
İndi olsam da istəmərsən, hətta incik olsan da gizləmərsən
Mənə yaxşı gələn bir cəhətsən ki, həyatıma qalın bir iz çəkərsən
Yoxa çıxa bilərsən bircə həblə
Amma səni sevmədiyimi bil, cəhənnəm
Mən bilirəm dağ dağlamışam
Soruşana "çovğunam" desəm nə olarki?
Sənə görə sözümü saxlamışam
Desəm "qorxuram", yesəm nə olarki?
Bilərək telefonu bağlamışam
Özümü "no" kimi aparan "yes"əm nə olarki?
Bütün gecəni mən ağlamışam
Soruşana "yorğunam" desəm nə olarki?
Sən məni atdığın həmən gündən
"Нормальный" bir yuxu yata bilməmişəm
Gic-gic yuxular görürəm gecələr
Elə yuxulardan qaça bilməmişəm
"Груз"umu yığmışam aylarla içimə
"Груз"umu sənə tərəf ata bilməmişəm
Mən söyəndə söyürəm söyüşümü
Sənə nə söyüş söyüm, tapa bilməmişəm
Məni öldürməyə yeltənənlər
Artıq gedibdir yelkən əldən
Sevgimi götürüb yerdən əllə
Onu etmişəm mən özüm yenidən əldə
Bundan sonra məni kim incitsə
Onun ahı sənindir yeri gələndə
Çünki əgər sən getməsəydin
Məni incidə bilməzdi yeni gələnlər
Dəyişəcək anidən imzam, birdən, necə çıxır anidən misra dildən
Dəyişəcək anidən insan, birdən, necə batır əlimizə mismar birdən
Dəyişəcək anidən imkan, birdən, necə Epiyə gəlir ilham birdən
Öldürə bildin içimdəki uşağı, fərqlənmirsən İsraildən
Mən güvənirəm bəxtimə, mənə "ayrılaq" sözünü gəl demə
Sən şərik ol dərdimə, mən səni yenə salaram qəlbimə
Mən güvənirəm bəxtimə, mənə "ayrılaq" sözünü gəl demə
Sən şərik ol dərdimə, mən səni yenə salaram qəlbimə

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar