Kishore Kumar Hits

Epi - Mənim Qaqalarım şarkı sözleri

Sanatçı: Epi

albüm: Mənim Qaqalarım


Mənim qaqalarım "Prius"la "Bolt"da
Mənim qaqalarım moto ilə "Wolt"da
Mənim qaqalarım yaşamağa "xod" tapıb
Mənim qaqalarım gözləyirlər "xod"da
Mənim qaqalarım "Prius"la "Bolt"da
Mənim qaqalarım moto ilə "Wolt"da
Mənim qaqalarım yaşamağa "xod" tapıb
Mənim qaqalarım gözləyirlər "xod"da
Mənim qaqalarım tullanırlar tankdan
Onlar qazi, veterandır, gəl danışaq faktdan
Haqqımızı yeyənlər də danışırlar haqdan
Qaqalara zəng gəlir hər gün niyə bankdan?
Mənim qaqalarım ailəsindən "добро" alır
Mənim qaqalarım Avropada avro alır
Mənim qaqalarım 3 dil bilir, diplomu var
Amma qaqalara əmr verir avropalı
Mənim qaqalarım qardaşdır bir baş alana
Mənim qaqalarım hörmət edir yaş olana
Mənim qaqalarım qardaşdır bir baş alana
Pul istəyib eşalondan pis baxırlar qaş alana
Xaşı qoyub qabaq tez atırlar suxarı
Kasıbınsa, yanan evi binasında buxarı
Mənim qaqalarım yaşayır neft ölkəsində
Amma sürə bilmir 1.6-dan yuxarı
Mənim qaqalarım dostu yada sala bilir
İnsan ölüb gedir, amma xatirələr qala bilir
Normal insanın ətə ehtiyacı ola bilir
Mənim qaqalarım bayramlarda ala bilir
Mənim qaqalarım "qonşularım nə deyər?"
Deyib yaşayır, daşımır öz həyatı səciyyə
Günün altında işləyir, qara çökür dəriyə
Qaqalarım ala bilmir övladına hədiyyə
Mənim qaqalarım yumruq atır söyənlərə
Şükür edib pis baxır özünü çox əyənlərə
Mənim qaqalarım sevmir çöldə öpüşəni
Durub baxırlar çöldə arvadını döyənlərə
Mənim qaqalarım istəmirlər artığını
Marağa qaldırırlar 07-nin qabağını
Mənim qaqalarım maraq ilə sağlıq deyir
Ama araq ilə pox edirlər sağlığını
Mənim qaqalarım "Prius"la "Bolt"da
Mənim qaqalarım moto ilə "Wolt"da
Mənim qaqalarım yaşamağa "xod" tapıb
Mənim qaqalarım gözləyirlər "xod"da
Mənim qaqalarım "Prius"la "Bolt"da
Mənim qaqalarım moto ilə "Wolt"da
Mənim qaqalarım yaşamağa "xod" tapıb
Mənim qaqalarım gözləyirlər "xod"da

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar