Kishore Kumar Hits

Francisco Garcia - Blue Eyes şarkı sözleri

Sanatçı: Francisco Garcia

albüm: Blue Eyes


Mən dəhşətə gəlmişəm, onnan tutulub dilim sən ki,
Gənc qalmışdın yaddaşımda, 17 yaşında
Mən qocalırdım, sənsə cavan idin xəyalımda
Uzun telli, ağ bədənli, incə belli Soyuyub sən demə əllərin
Sən demə qocalıbmışsan sən də
Şəhvətə gətirmir daha gözlərin
Qocalmısan gözəlim Yaralardan axan qanı saxlamır məhrəba
Çox zəhərlidi nə süd nə kəhrəba
(Yoxsan) Boz səhrada, şeytanı yəhərləmək
İnsanı zəhərləmək kimiydi sənsizlik
Tozlu akvarel, quaş, Rembrandt
Bir növ xrizon tembroda dendron
Xatirələrə qərənfillər əkərdin,
Hündürlükdən qorxmasaydın çox çəkərdin.
Mənə deməmişdin, amma yaz bunu
Sən əvvəllər yaz yağmuru
Ölməyə tələsirdin amma yubandın
Sular bulandığı gün ürəy də bulandı
Sən axı bütün arzuları devirdin
Sən axı tək yatmağı sevirdin
Heç kəsə demirdin, dərin dərdlərini
Gizlətdin yatağı cırmaqlayan əllərini
Qırmızı dodaq, qırmızı filter tüstülər
Bədən soyuqdan dona bilərmiş istidə
Tənhalıq, depressiya, vahimə, soyuq tər
Xatirələr, köhnə məktublar, bədxəbər
Alkoqol, narkotik, lirika, preparatlar
Radioda Waltz Boston qarışıq həyatlar,
Qarışıq saçlar, geyim, qarışıq işlərin
Və pritona ayaq basan növbəti müştəri
Süni gülüşlərin, qısa öpüşlərin
Sənə pul qazandıran saatla görüşlərin,
Hər gün görürəm səni nə qədər alçalmısan,
Qırışıb əllərin sən demə qocalmısan.
Mən dəhşətə gəlmişəm
Mən dəhşətə gəlmişəm, onnan tutulub dilim sən ki,
Gənc qalmışdın yaddaşımda, 17 yaşında.
Mən qocalırdım, sənsə cavan idin xəyalımda,
Uzun telli, ağ bədənli, incə belli
Soyuyub sən demə əllərin
Sən demə qocalıbmışsan sən də
Şəhvətə gətirmir daha gözlərin
Qocalmısan gözəlim

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar