Kishore Kumar Hits

MadTeen - Söz Bitdi şarkı sözleri

Sanatçı: MadTeen

albüm: Söz Bitdi


Sildim könlümdən səni, keçdim bəxtimdən
Ayıldım ki, söz bitdi, bitdi sevgi də
Soldu, getdi gül kimi, işıq gözlərdən
Ruhum bezdi, qaçdı, çıxdı, getdi cismimdən
Sildim könlümdən səni, keçdim bəxtimdən
Ayıldım ki, söz bitdi, bitdi sevgi də...
Soldu, getdi gül kimi, işıq gözlərdən
Ruhum bezdi, qaçdı, çıxdı, getdi cismimdən
Qismət yarışır bizimlə xəbəri olmadan
Gəldik, hansı quyuya düşdük səbəbi olmadan?
Biz sevərdik, biz uçardıq qanad çalmadan
Səbir edərdik, bağışlardıq heç nə qırmadan
Çox sevmək də bəzən çox tükədir
Çox gəlmək, çox gedmək, ruhu çox tükədir
Can vermək, can almaq kimi pis vərdişlər
Bizim ruhumuzu, ikiyə təslim edir...
Mən çox düşünərdim, sonumuzu səninlə
Mən çox öyünərdim, sənə olan sevgimlə
Bir sevinərdik, biz üzülərdik bir...
Sən yoxsan artıq, biz sona çatdıq, bizə olan sevgidən
Sildim könlümdən səni, keçdim bəxtimdən
Ayıldım ki, söz bitdi, bitdi sevgi də...
Soldu, getdi gül kimi, işıq gözlərdən
Ruhum bezdi, qaçdı, çıxdı, getdi cismimdən
Hiss edirdik özümüzü sanki nağılda
Sən çox gözəl, bəli, mənsə bədheybət
Lakin hər nağıl kimi bitdi, puç oldu
Həmişə olduğu kimi, yenə də zülmət
Aparır bizi uçuruma
Biz nə oldu ki, gəldik bu duruma?
Sönüb mənim ayım, günəşim
Bu nağlımız bizim çatıb sona
Mən çox düşünərdim, sonumuzu səninlə
Mən çox öyünərdim, sənə olan sevgimlə
Bir sevinərdik, biz üzülərdik bir...
Sən yoxsan artıq, biz sona çatdıq, bizə olan sevgidən
Sildim könlümdən səni, keçdim bəxtimdən
Ayıldım ki, söz bitdi, bitdi sevgi də...
Soldu, getdi gül kimi, işıq gözlərdən
Ruhum bezdi, qaçdı, çıxdı, getdi cismimdən

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar