Dönmə nə olar Birdəfəlik getsən nə olar? Acığıma etmə, nə olar! Sevincini görsəm, nə olar? Bir tərəfim vecsiz dolanar Bəlkə də ən doğrusu bu olar Bir də geri dönmə, nə olar! Gözlərimdə ölmə, nə olar! Gecələr möhlət istərəm tanrıdan Mən yaşayım ki Görüm o, mənsiz başqa arzularda necə yaşayır Bu can bədəndə varkən agrılarını qəlb daşıyır O incə barmaqların başqa üzüyü necə daşıyır?! Nə qədər qayıtdım ki, qaytaram amma qayıtmadı Sən artıq çox uzaqdasan, çətindir qayıtmağın Halbuki, qürurumu belə tapdaladım şahid qadın Bütün şəkilləri silsəm də, yadda qalıb adın Desəm də "unutmuşam" inanma mənə Yalan deyirəm Bilirəm unutmamısan, hisslərim yalan demir O, qəlbi tərk edib gedər Orada çox qalan deyiləm Kül olmuş o hisslər də əvvəlkitək yanan deyil Heç vaxt düşünməzdim ürəyimə sən dağ olasan Bəlkə son duamdır sənə, "xoşbəxt yar olasan" Getdiyin o yolların izinə yağan qar olasan Mən cəhənnəmdəyəm ki Cənnətimin bağı olasan Dönmə nə olar Birdəfəlik getsən nə olar? Acığıma etmə, nə olar! Sevincini görsəm, nə olar? Bir tərəfim vecsiz dolanar Bəlkə də ən doğrusu bu olar Bir də geri dönmə, nə olar! Gözlərimdə ölmə, nə olar! Zülmətim üzümdə gedirəm, gedirəm Necə çətin seçimlə üz-üzə qoydun məni sən Əslində, ağlamaq, üzülməkdə deyiləm Sadəcə illərimə heyfim gəlir itirmişəm Bu qəlbim, əllərim üşüyür, titrəyir Bu qırıqları bərpa etmək üçün itməliyəm Bu yayı cəhənnəm, gecəmi yuxusuz Gözlərimdə yorğunluğu mənə sən bəxş etmisən Dönmə nə olar Birdəfəlik getsən nə olar? Acığıma etmə, nə olar! Sevincini görsəm, nə olar? Bir tərəfim vecsiz dolanar Bəlkə də ən doğrusu bu olar Bir də geri dönmə, nə olar! Gözlərimdə ölmə, nə olar!