Kishore Kumar Hits

MadTeen - Əzizim şarkı sözleri

Sanatçı: MadTeen

albüm: Əzizim


Əzizim, səni hər şeydən qoruyardım
Bu hissləri həyat bahasına qaytarardım
Yadındamı necə gülüb, necə sayrışardıq?
Mən ruhumu qorumuşam, bizə qayıt artıq
Gözlərim yol çəkir, fəsillər can çəkir
Əzizim uzaqda məndən, qəlbimə dağ çəkir
Bir qəmzədədir sirri bəlkə, nəfəsim ah çəkir
Aradan xeyli vaxt keçib, ümidlər vaz keçir
Aradan söz keçib, dağ boyda söz verib
Nə mən dağ oldum sözlərə, nə də sən bələdçi
Qoxun hopub bədənimə, həsrətin keçmir
İtirməsən anlamaq olmur, sənsiz heçdir
Əzizim, səni hər şeydən qoruyardım
Bu hissləri həyat bahasına qaytarardım
Yadındamı necə gülüb, necə sayrışardıq?
Mən ruhumu qorumuşam, bizə qayıt artıq
Həmin küçələr bizim yaddaşımızda
Hər döngəsi, insanları mənə doğma
O hüzuru tapmıram artıq heç bir andan
Elə qayıdardım hər şeyi atıb ora
Zamanla düzəlmir, üstündən keçdi çox
Şəkildəki gözlərin xəstəsiyəm çox
Əllərim zəng edir, beynim deyir ki, "yox"
Olmaz artıq bizdən, nəsə çox gecdir, çox
Əzizim, səni hər şeydən qoruyardım
Bu hissləri həyat bahasına qaytarardım
Yadındamı necə gülüb, necə sayrışardıq?
Mən ruhumu qorumuşam, bizə qayıt artıq

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar