Ey çərxi-sitəmkar, dili nalana toxunma
Ey çərxi-sitəmkar, dili nalana toxunma
Hicr aləmidir, etdiyim əfqana toxunma
Ey badi-səba, ey badi-səba
Uğrar isən, yarə salam et
Tel qırma, fəqət zülfi-pərişana toxunma
Ey badə, əgər yarım içərsə səni mənsiz
Ver nəşə, ver nəşə
Fəqət nərgizi-məstanə toxunma
Verməm sənə, verməm sənə
Çək məndən əlin, ey mələkül-mövt
Verməm sənə
Çək məndən əlin, ey mələkül-mövt
Cananıma nəzir eylədiyim cana toxunma
Verməm sənə, çək məndən əlin, ey mələkül-mövt
Cananıma nəzir eylədiyim cana toxunma, toxunma
Sahil sakit, çəkilibdir ayaqlar
Coşan dalğa qayaları qucaqlar
Sahil sakit, çəkilibdir ayaqlar
Coşan dalğa qayaları qucaqlar
Deyəndə ki, gəl qayıqla üzək, yar
♪
Deyəndə ki, gəl qayıqla üzək, yar
Çatıb qara qaşlarını nədən sən
"Olmaz-olmaz, olmaz-olmaz" - deyirsən?
Çatıb qara qaşlarını nədən sən
"Olmaz-olmaz, olmaz-olmaz" - deyirsən?
♪
Ay ucalır, gecə olur tən yarı
Əynin nazik, əsir dəniz rüzgarı
Ay ucalır, gecə olur tən yarı
Əynin nazik, əsir dəniz rüzgarı
Üşüyürsən, bir yaxına gəl, barı
♪
Üşüyürsən, bir yaxına gəl, barı
Qəzəbdənmi, alovdan don geyirsən?
"Olmaz-olmaz, nənəm qoymaz" - deyirsən
Qəzəbdənmi, alovdan don geyirsən?
"Olmaz-olmaz, olmaz-olmaz" - deyirsən
♪
Sübh şəfəqi bürüyəndə aləmi
Töküləndə çiçəklərin şeh nəmi
Sübh şəfəqi bürüyəndə aləmi
Töküləndə çiçəklərin şeh nəmi
Deyəndə ki, gəldi ayrılıq dəmi
♪
Deyəndə ki, çatdı ayrılıq dəmi
Qəzəbdənmi, alovdan don geyirsən?
"Olmaz-olmaz, olmaz-olmaz" - deyirsən
Buraxmayıb əllərimi əlindən
"Olmaz-olmaz, olmaz-olmaz" - deyirsən
Поcмотреть все песни артиста