Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz
Sənin ol cəlb eyləyən vəsfinə and içdim, inan
Hicrinə, hicrinə yandı canım, yoxdur daha taqət sənsiz
Özgə bir yarı necə axtarım, ey nazlı mələk?
♪
Özgə bir yarı necə axtarım, ey nazlı mələk?
Bilirəm, sən də dedin: "Yox daha hacət sənsiz"
Sən mənim qəlbimə hakim
Sən mənim qəlbimə hakim
Sənə qul oldu könül
Sən əzizsən, mən ucuz bir heçəm, afət, sənsiz
Sən Nizamidən əgər arxayın olsan da, gülüm
Gecə-gündüz arayıb, olmadı rahət sənsiz
Yemin ettim, çıkmayacağım
♪
Yemin ettim, çıkmayacağım meyhaneden
Bu gece, bu gece
♪
Fikrimdə aylı, ulduzlu
Asiman var bu gecə
Könlümdə körpə quzutək
Bir ümman var bu gecə
Bircə sən yoxsan, əzizim
Bilir aləm bu gecə
Neyçün olmadın, de, ey yar?
Mənə həmdəm, bu gecə
Bircə sən yoxsan, əzizim
Bilir aləm bu gecə
Neyçün olmadın, de, ey yar?
Mənə həmdəm, bu gecə
♪
Şimşəyə "çaxma" desəm mən
İnan, çaxmaz bu gecə
Araza "axma" desəm mən
Bil ki, axmaz bu gecə
Bircə sən yoxsan, əzizim
Bilir aləm bu gecə
Neyçün olmadın, de, ey yar?
Mənə həmdəm, bu gecə
Bircə sən yoxsan, əzizim
Bilir aləm bu gеcə
Neyçün olmadın, de, ey yar?
Mənə həmdəm, bu gеcə
Поcмотреть все песни артиста