Mənə bircə kəlmə can söyləsəydin O bircə kəlmənə min can verərdim Ömrünü, gününü dərd eyləsəydin Ömrümü, günümü dərman verərdim Ömrünü, gününü dərd eyləsəydin Ömrümü, günümü dərman verərdim ♪ Bezdirdim mən səni sədaqətimlə Qaldım həsrətinlə, müsibətinlə Könlümü alsaydın bu zülmətinlə Sənə bir günəşli cahan verərdim Könlümü alsaydın bu zülmətinlə Sənə bir günəşli cahan verərdim O çağlar necə də mənə haydılar Könlümə, gözümə şəfəq yaydılar Keçən günlərimi qaytaraydılar Gələn günlərimi qurban verərdim ♪ Öylə ayrıldıq ki, səninlə, ey gül Bir də ayrılıqdan ayrı düşmərik Ah, bu son hicranın vüsalı müşkül Dağ dağa rast gələr, biz görüşmərik Ah, bu son hicranın vüsalı müşkül Dağ dağa rast gələr, biz görüşmərik O çağlar necə də mənə haydılar Könlümə, gözümə şəfəq yaydılar Keçən günlərimi qaytaraydılar Gələn günlərimi qurban verərdim ♪ O çağlar necə də mənə haydılar Könlümə, gözümə şəfəq yaydılar Keçən günlərimi qaytaraydılar Gələn günlərimi qurban verərdim