Səni sevdim gündən-günə Daha dolğun, daha incə Düşünmədən, daşınmadan Bər-bəzəksiz, çox sadəcə Səni sevdim yenə həsrət Yağış kimi, leysan kimi Səni sevdim, gözəlliyə Heyran olan kimi Sadəcə çox sevdim səni Səni sevdim çox sadəcə Sadəcə çox sevdim səni Səni sevdim çox sadəcə ♪ Mahnılarda anılmadım Dastanlarda yoxdur adım Kərəm ünlü aşiqlərin Cərgəsində yer almadım İçimdəki ağrıların Atəşindən kül olmadım İçimdəki ağrıların Atəşindən kül olmadım Sadəcə çox sevdim səni Səni sevdim çox sadəcə Sadəcə çox sevdim səni Səni sevdim çox sadəcə ♪ Məcnun olub dərdli eşqlə Səhralara üz tutmadım İnsanlardan uzaq düşüb Ceyran-cüyür ovutmadım Xəyallara səcdə qılıb Vüsalını unutmadım Xəyallara səcdə qılıb Vüsalını unutmadım Sadəcə çox sevdim səni Səni sevdim çox sadəcə Sadəcə çox sevdim səni Səni sevdim çox sadəcə Sadəcə çox sevdim səni Səni sevdim çox sadəcə Sadəcə çox sevdim səni Səni sevdim çox sadəcə