Torpaqla asiman arasındayam
Yer məni səsləyir, göylər çağırır
Cismimi yer çəkir, ruhumu göylər
Mən qala bilmirəm, göylər çağırır
Dayağım, sirdaşım olan dostlarım
Buludtək boşalıb, dolan dostlarım
Sizə xatirəmdir qalan dostlarım
Mən qala bilmirəm, göylər çağırır
Gözəlim, gözünün heyranı olum
Gözəlim, mehrinin qurbanı olum
Qoy uçum, göylərdə tərlanın olum
Mən qala bilmirəm, göylər çağırır
Gözəlim, gözünün heyranı olum
Gözəlim, mehrinin qurbanı olum
Qoy uçum, göylərdə tərlanın olum
Mən qala bilmirəm, göylər çağırır
♪
Şaqraq gülüşlərin, şən nəğmələrim
Nakam sevda dolu, qəm nəğmələrim
Bir qu nəğməsiydi son nəğmələrim
Mən qala bilmirəm, göylər çağırır
Dayağım, sirdaşım olan dostlarım
Buludtək boşalıb, dolan dostlarım
Sizə xatirəmdir qalan dostlarım
Mən qala bilmirəm, göylər çağırır
Gözəlim, gözünün heyranı olum
Gözəlim, mehrinin qurbanı olum
Qoy uçum, göylərdə tərlanın olum
Mən qala bilmirəm, göylər çağırır
Gözəlim, gözünün heyranı olum
Gözəlim, mehrinin qurbanı olum
Qoy uçum, göylərdə tərlanın olum
Mən qala bilmirəm, göylər çağırır
♪
Gözəlim, gözünün heyranı olum
Gözəlim, mehrinin qurbanı olum
Qoy uçum, göylərdə tərlanın olum
Mən qala bilmirəm, göylər çağırır
Gözəlim, gözünün heyranı olum
Gözəlim, mehrinin qurbanı olum
Qoy uçum, göylərdə tərlanın olum
Mən qala bilmirəm, göylər çağırır
Поcмотреть все песни артиста