Bilmirəm neçə hissəyə bölünəcəm Nə o var, nə limanım Bilmirəm mənə nə xəbər gətirəcək Yoxdur ki, heç inamım. Səhv olub həyatında qalmağım Sətirləri tək ona yazmağım Doğrusu dəftəri bağlamağım Bu da ötüb keçəcək Mən qürurumdan bu gün çöksəm Məni silmən daha asan Varmı mənim kimisi Səni sevən birisi? Gəlməsin heç gerisi Bu necə bir ağrıdır? Sarsıdır... Danışmasaq bunu biz? De mənə yalnızca "Siz" Olmaz ki, biz ikimiz Onsuz həyat qarşıdır Mənə qarşıdır Bilmirəm bu sözlərimin nə faydası Onsuzda uduzuram Sənə etirazlarımın sonrası Tək günahkar mən oluram Mənim gəmim batır Mənim könlüm yatır Hiss edirəm, o, məni aldadır Başqası yanında qəlbi yanır Deyirlər, yanılıram Kaş, daha öncə bunu bilsəm Səni silməm daha asan Varmı mənim kimisi Səni sevən birisi? Gəlməsin heç gerisi Bu necə bir ağrıdır? Sarsıdır... Danışmasaq bunu biz? De mənə yalnızca "Siz" Olmaz ki, biz ikimiz Onsuz həyat qarşıdır Mənə qarşıdır. (Varmı mənim kimisi) (Səni sevən birisi?) (Varmı mənim kimisi) (Səni sevən birisi?) Yoxdur mənim kimisi!