Var, var belə sous, sous...
Var belə tülkü aslana bənzər,
Qızıl gəzər, özünü bəzər,
Var belə insan meymuna bənzər
Sizin saatda zoopark düzər!
Press a press kimi bizləri sıxır
Efir-kefir kimi manısları yıxır
Can sonra çaxır,qalmaqal axır,
Yoxdu burda reper hamı birbirindən yaxır!
Zəhərli, yeməli hamısı bu torpaqda
Atv maqazin od vurur bu oda!
Göydə ulduz qalmayıb hamısı yerdə,
Mavi kef əyir dişi də erkəy.
Elə kişilər var arvad üzüylə,
Elə arvadlar var kişi sözüylə.
Cangüdənlə gəzən özünə arxayın deyil
Milcək gəlir milçək uçur əyil!
Bu da mən ABD Malik, qafiyəm dəqiq
Yerinə düşür,Adım özümə layiq
Madonna primadonna bıla mafia with the Korleone
Göbələk banka vurur ayağı eləbil Maradona!
Stadiona çıxıb söndürülmüş mikrofona,
Yuyucu tozla sabunla girir ora bura!
Ucuz toyların keçmiş manısı kosası bugünləri
Olub elit toyların kralı,vağzalı çalırlar çoxları
Evdə gözləyən arvad yox, əridi
Ey sister musiqisi əbədidi c'mon everybody
Antony brilliyant olub deyirki mən ulduzam,
Əgər siz ulduzsuzsa onda mən kainatam sizdən qatam!
Bir yerdən ki dəri qoparıb sifətə çəkir
Dodaqlarına sa zənci paxıllıq edir
Bir sifət bu qədər eliyər cinayət?
Cəmiyyət, ellər bu ki cəfəngiyət
Hər axşam televizoru salıram fırladıram,
Hər yerdə manıslar, civilər hirsimdən partlayıram!
3 bucaq kanalında var belə bir show gangster,
Aparıcı bomba oğlan i am a disco dancer.
Mikrofonum silahımdı, tətiyi çəkmək lazımdı!
Hərdən bir birinə dəyir öz yerini bilir qaçır,
Ağır-bağır çünki ağrıdır,
Açarını itirir,
Malı mala, malı mala qatır!
Dünənki cücə bugünkü xoruza dimdiy atır!
Dünənki toyuq bugünkü xourza görüş satır!
Dünənki cücə bugünkü xoruza dimdiy atır!
Dünənki toyuq bugünkü xourza görüş satır!
Bəli,bəli,bəli,bəli
Xose yenə yerindədi!
Hamı şou biznes haqqda söhbəti dinləməkdədi.
Hər evdə və küçədədi,
Adımız dildədi. Bəli,
Sözümüz ürəklərdədi.Bugün bizim rap dəbdədi,
Repçiyə yumurta dəyir gör bu repçi nə gündədi!
Dilində və qəlbində bizə olan münasibəti,
Göstərir bizə olan nifrəti hər gün efirdədi!
özünü edib ağıllı, guya bizik burda dəli!
Pis etdik bu ölkəyə gətirdik bu sənəti?
Çalışdıq ki,dadasız düz söz ləzzəti!
Bəsdir, gəlin kəsək manısların nəfəsini!
Müxtəlif zövq var bu şəhərdə hərkəsin!
Bakıda hər toy konsertə bənziyir
Eyni-eyni ulduzlar mahnılarla bezdirir.
Az qala biletlə olacaq toya giriş,
Oxumayın restoranda rap, tapın başqa iş!
Dünənki cücə bugünkü xoruza dimdiy atır
Dünənki toyuq bugünkü xourza görüş satır
Dünənki cücə bugünkü xoruza dimdiy atır
Dünənki toyuq bugünkü xourza görüş satır
Exo ver, exo ver, mənə exo ver,
Visokiy ver mənə visokiy, exo exo exo!
Göstər mənə bir nəfəri ki, Moskvada bizim dilimizdə verliş aparsın
Çağrılan qonaqlar da ora qatılsın
Orda bu cür axmaq çətin tapılsın
Çünki çox sevirlər onlar öz millətini
Sizə nolub? unutduz ana dilini?
Ata təpinir alın şilləni
Amma ermənilər oxuyur sarı gəlini!
İncəsənəti sayan gəlib bizə bir vaqon
Az qala əsgərlərdə də olacaq mikrofon
Hamsı oxuyan olub alverçi də kəndçi də,
Musiqi duyumu yoxdu,səsi də sifəti də!
Konserti dinləməyə gəlib pərəstişkar,
Qulaqları batıb aaaah oldu kar,
Axı kim verəcək dərman bu yazığa?
Kim qoyacaq son manıslığa?
Biz demirik oxuma, get oxu hamamda!!
Mikrofon da lazım deyil,sən öl exo var orda!
Yaranar get-gedə həvəs qonşularda,
Fonogram kəsildi, "hə, noldu oxuda!"
Bitirin söhbəti, bizdə nə şou var
Nə də ki, biznes ama yenə utanın girin yerə
Girsin başıvıza yenə bu sözlər (a)
Çox yox, fikir verin şəh səhnə mədəniyyətinə
Geyminə yox səsinə, girsin bu sözlər sizin boş beyninizə
Özüm ölüm ayaq yoluna gedəndə ordan,
Gələn səslər heç də sizinkindən fərqlənmir!
Boş boğazlıqda heç bir sənətçi birbirindən seçilmir,
Sizin yerinizə ölüb utanıram girirəm!
Yenə mən deyirəm,asandı indi ulduz olmaq.
Ulduz sayılırsan qohumlarının yanında,
Deyilən söz gəlməsin çox sizə!
Əsası məndən qabağdaki çatsın sizə,
Bəs edər sizə ortancıl barmağımın yol işarəsi,
Olsun sizə, olsun sizə!
Hey yo. hey yo, hey yo
Şou biznes esl sous,
Burda bişir toyuq, xoruz
Hey yo. hey yo, hey yo
Şou biznes esl sous,
Burda bişir toyuq, xoruz
Hey yo. hey yo, hey yo
Şou biznes esl sous,
Burda bişir toyuq, xoruz
Hey yo. hey yo, hey yo
Şou biznes esl sous,
Burda bişir toyuq, xoruz
Поcмотреть все песни артиста