Yansın dilim ağzımda, desəm nazını az et Naz et mənə, ey sevgili canan, mənə naz et Əvvəl baxışında məni heyran elədin sən Bir incə gülüşlə ürəyim qan elədin sən Sonra məni bir lütf ilə xəndan elədin sən Zalım qızı, axır məni Sənan elədin sən Xəlq eyləmiş öz keyfi gələndə səni tanrı Öldür, bu bəladan məni qurtar, səni tarı ♪ Vaiz, elə zənn eyləmə haqqı danar aşiq Nə Kə'bə, nə də bütxanə, nə məscid qanar aşiq Lakin özünü haqq sevən insan sanar aşiq Dünyada, fəqət, bircə məhəbbət qanar aşiq! ♪ Yansın dilim ağzımda, desəm nazını az et Naz et mənə, ey sevgili canan, mənə naz et Əvvəl baxışında məni heyran elədin sən Bir incə gülüşlə ürəyim qan elədin sən Sonra məni bir lütf ilə xəndan elədin sən Zalım qızı, axır məni Sənan elədin sən Xəlq eyləmiş öz keyfi gələndə səni tanrı Öldür, bu bəladan məni qurtar, səni tarı ♪ Gördüm, gözəlim, özgəyə sən naz eləyəndə Az qaldı ki, uça ruhum, can qalmaya məndə Hərdən bu gözəl xilqətə min razü niyaz et Naz et mənə, ey sevgili canan, mənə naz et Mənə naz et ♪ Bakı şəhərin hər kim onu eyləmiş icad Tanrı eləsin ruhunu aləmdə görüm şad Daim bu gözəl xilqətə min razü niyaz et Naz et mənə, ey sevgili canan, mənə naz et! Mənə naz, naz et