Həyatın mənası sevgi, məhəbbət olmuş Sevgisiz dünyanın eşqi, gülləri solmuş Bir ümid gözləyir, yanır könüllər Yanırıq ikimiz ondan bixəbər Yanırıq ikimiz ondan bixəbər Özümüz bilmədik - həsrət, intizar gəldi Sevgi qismətinə qəfil son bahar gəldi Bəs necə yaşayım, söylə, mən sənsiz? Dağlar da heç olmur dumansız, çənsiz Dağlar da heç olmur dumansız, çənsiz ♪ Məhəbbət oyuncaq deyil, biz dəcəl uşaq Biz elə küsmüşük, çətin bir də barışaq Bəxtimin günəşi əbədi söndü Sevginin yolları zülmətə döndü Sevginin yolları zülmətə döndü Məhəbbət əzəldən sanki yox imiş Bu ülvi sevgimiz xəyal, yuxuymuş Bir yerdə əsiri olduq həsrətin Sevgili günləri unutmaq çətin Sevgili günləri unutmaq çətin