Mən gündən-günə bu gözəlləşən İşıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən Dost - aşinadan necə əl çəkim? Qarşımda dalğalı dərin bir ümman Ümmanı sarsıdır bir acı tufan Bəyaz köpükləri bir çiçək yapan Şeirdən, xülyadan mən necə əl çəkim? Mən necə əl çəkim? İşıqlı dünyadan, dostdan, aşinadan mən necə əl çəkim? ♪ Sən aldın aşını yeni hisslərdən Ey cavan qələmim, düşmə bəhərdən A dostlar, söyləyin, mən bu hünərdən Bu təbi valadan necə əl çəkim? Mehriban sevgilim qarşımda durdu Yenə şairliyim başıma vurdu Məndən məcnun kimi könül maraqla sordu "Bu saçı leyladan mən necə əl çəkim?" Mən necə əl çəkim? İşıqlı dünyadan, şeirdən, xülyadan mən necə əl çəkim? Xəzan acısına edib təhəmmül Gülün kölgəsində ötəndə bülbül Həyat, həyat!- deyə çırpınır könül Könüldən, sevdadan mən necə əl çəkim? Mən necə əl çəkim? Bu saçı leyladan mən necə əl çəkim? Mən necə əl çəkim?