Tez – tez düşür yadıma uşaqlıq illəri Bayılın döngələri, məhləmizin tinləri O zaman dəbdə idi xarici filmləri "Avarə", "Daş Və Çiçək", "Mazandaran Fərəngi" "Avarə", "Daş Və Çiçək", "Mazandaran Fərəngi" Bayıl könlümün səsi Xəzərin mənzərəsi Bayıl uşaqlığımın Ən şirin xatirəsi Bayıl könlümün səsi Xəzərin mənzərəsi Bayıl uşaqlığımın Ən şirin xatirəsi Mənim uşaqlığımın Ən kövrək xatirəsi ♪ Bir qayığım var idi bərk gedən motorla Al-verim saz gedirdi xəşəm, kütüm, kefalla Dünya alt-üst oldu maliyyə böhranından Ab-hava üz qaradır imkansızlığından Satıram şor qoğalı ikisini bir manatdan Bayıl könlümün səsi Xəzərin mənzərəsi Bayıl uşaqlığımın Ən şirin xatirəsi Bayıl könlümün səsi Xəzərin mənzərəsi Bayıl uşaqlığımın Ən şirin xatirəsi Bayıl uşaqlığımın Ən kövrək xatirəsi ♪ Unudulmaz gecələr Bayıl axşamları Mehriban qonşuları, qayğıkeş insanları Bayılda hamı tanıyır "şamayka Oqtay"ı Dişləri qızıldandır, ağappaqdır saqqallı Keçmişi matros olub, nakolkası "ağ ayı" Bayıl könlümün səsi Xəzərin mənzərəsi Bayıl uşaqlığımın Ən şirin xatirəsi Bayıl könlümün səsi Xəzərin mənzərəsi Bayıl uşaqlığımın Ən şirin xatirəsi Pioner günlərimin Ən kövrək xatirəsi ♪ Gör necə də dövr elədi dövran! Gəncliyimi yuyub apardı leysan Ayrılsa da ocağından insan Ay canım, ayrılmayır könül Bayıldan Ay can, ayrılsa da ocağından insan Ay canım, ayrılmayır könül Bayıldan Bayıl könlümün səsi Xəzərin mənzərəsi Bayıl uşaqlığımın Ən şirin xatirəsi ♪ Bayıl könlümün səsi Xəzərin mənzərəsi Bayıl uşaqlığımın Ən şirin xatirəsi Dəcəl uşaqlığımım Ən kövrək xatirəsisən, Bayıl...