Kishore Kumar Hits

Balabey - Popuri şarkı sözleri

Sanatçı: Balabey

albüm: Popuri


Vəsf elə şair dayanma vəsf elə
Söz qoşaq aləmlərə aləmdi söz
Gəlmişik ətrafına dür eyliyib
Biz ona pərvanələri şəmdi söz
Aldım əlimə qələmi sehirdə gördüm
Ruhumu gələcək əsrdə gördüm
Düşündüyümü yaza yaza bir də gördüm
Fikirlərimlə məst olub dəmdi söz
Bir zəmanə düşmüşəm
Ruhumu can incidir
Aranı qızmar günəş
Dağı duman incidir
Itirdiyimiz hər şeyin
Qayıtmadığın anlarıq
Düşünüb ötən günləri səadətə peşmanlarıq
Müxtəlif zəmanədə müxtəlif insanlarıq
Səni o zaman incidib
Məni bu zaman incidir
Gün keçirdi günəş ayə baxırdı
şair fikirnən səmayə baxırdı
Müasir zəmanə pozdu milləti
Keçmişdən heç nə qalmıyıb qəti
Böyük söbətiydi sən öl söbəti
Camaat onda haqqı sayə baxırdı
Məcnun sözün bitirdi
Leyla özün itirdi
Güllər özün yetirdi
Fəsli baharə birdir
Sevgi dənizdi çağlar
Dalğalar ayrılıqlar
Bacarmıyan balıqlar
çıxır kənarə bir bir
Dindir məni hərdən gözəlim fürset olanda
Dünya bizə lezzet vercey ləzzət olanda
Bir vaxtı ayrılıq acı həsrət nə bilirdik
Bir yer var idi
O yerə bir yerdə gedirdik
Qalmışsa yadında nə şirin söhbət edirdik
Bir gün də o yerdən keçərik qismət olanda
Istəyirdim soruşum Pərvərdigardan
Görəsən dünyaya nöş gəlib insan
Dünya hey aldadar bizi el çekməz
əcəl arxamızcan gələr görükməz
O bir an tələsməz bir an gecikməz
Puç olar arzular heç olar dövran
Görəsən dünyaya nöş gəlib insan
Elə üzmüş ahuzarım məni ruzigar içində
Ki görən bu ahuzarım qalır ahuzar içində
Qədrivi ey baba millət o zaman dərk edeceyki
Qalacaq vücudi canun o zaman məzar içində
Gedir ömür qatarı dayanmırki dayanmır
Bir aşağı bir yuxarı dayanmırki dayanmır
Olub olacaq igidlər Azərbaycan elibdə
Allahu Akbər sözün şüar edib dilində
Yuxuda gördüm Mübariz əyləşib at belində
çapır Qarabağa sarı dayanmırki dayanmır
Yenə dilləndirecey sinəmdəki yarə məni
Sözün düznü diyceyəm
çəksələrdə darə məni
Gedirəm mən gedirəm ki tapım eşq Qibləsini
Məni axtarmaq isdəsən oxu eşq nəğməsini
Yum gözəl gözlərivi dinlə qəlivin səsini
Hər ürəy döyüntüsü sənə verər işarə məni
Ayıq piyannan oynamaz oynamaz
Durub yalannan oynamaz oynamaz
Türklər yəhudilərnən eliyir şaka
Ruslar müharibiyə diyibdir paka
Axır zamanlar qızışıb amerika
Yəqin irannan oynamaz oynamaz
Dilin diyir tərpənir dodaqların
ötür yanar incədi barmaqların
Zəhirmar ovcunda qalıb eşirsən
Xəlvət otaq haldan halə düşürsən
çeke çeke keçmişvi fikirleşirsən
Xatirələrnən dolub otaqların
çeke çeke sevgilüvü fikirleşirsən
Xatirələrnən dolub otaqların
Sözüm güclüdür qoluvun gücünnən
Heyifki beynimdə dumandır mənim
əhli halım məclisi meyxanədə
Hər bir sözüm ağlabatandır mənim
Hamı eyni cür isdiyir xətrimi
Neçə neçə şair isdiyir xətrimi
Piristubni mir isdiyir xətrimi
Xətrime deymey qadağandır mənim
Vəsf elə şair dayanma vəsf elə

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar