Kishore Kumar Hits

Aslixan - Sevgiden Yazmayıblar şarkı sözleri

Sanatçı: Aslixan

albüm: Brend


Məni al məndən mən bir tək sənin olum
Sənsiz dayaz hisslerim seninle dərin olur
Sənsiz gündüzüm gecə, xeyirim şərim olur
Amma bu cəhənnəm Bakı səninlə sərin olur
Yenə al məndən məni mən bir tək sənin olum
Sənsiz dayaz hisslerim seninle dərin olur
Sənsiz gündüzüm gecə, xeyirim şərim olur
Mənə bu cəhənnəm Bakı səninlə sərin olur
Sevgidən yazmayıblar mən səndən yazan kimi
İnan heç kor da azmayıb mən səndə azan kimi
Yalandı minarələrdə qışqıran möminlər
Sənin bir adi gülüşün qulaqlarıma azan kimi
Dedilər fikri azıb, çıxıbdır dindən bu
Amma məni anlamırlar izah olmur dillə bu
Onlar məni sevgiyə qul, sevgidə hərif bilirsə
Sən mənim incə, zəyif, zərif yerimsən
Dedilər ardını yaz səni birazda təsvir edim
De canım fəda olsun, ya ruhumu təsdiq edim
Nə qələm bezmir səndən nə təbim bəsdir demir
Mən, edirəm çox şeyi inkar səni bir təsfiq edib
Hansı şair, bu qədər xəstə olar?
Düzərəm sətrimə notlar bu həmdə bəsdir olar
Yüzündən, belə lap minindən seçirəm səni
Canavar, dolunay sevdiyi tək sevirəm səni
Məni al məndən mən bir tək sənin olum
Sənsiz dayaz hisslerim seninle dərin olur
Sənsiz gündüzüm gecə, xeyirim şərim olur
Amma bu cəhənnəm Bakı səninlə sərin olur
Yenə al məndən məni mən bir tək sənin olum
Sənsiz dayaz hisslerim seninle dərin olur
Sənsiz gündüzüm gecə, xeyirim şərim olur
Mənə bu cəhənnəm Bakı səninlə sərin olur
Mən sənə nə vaxt tutuldum, deyil yadımda
İnanki nəfsimə qalsa, xeyli qadın var
Yox, istəmirəm qeyri yanımda
Sən nəfsimin yox, bu könlümün sahibisən eyni halınla
Sarayın yox küçənin şairiyəm
Qələmim haqq yazir ancaq haqqın şahidiyəm
Tanrıdan nə payım var, o payın sahibiyəm
Verib bir Xəzər mənə, məndə sahilinəm
Bakının şəklini çək, sonra cır, tulla getsin
Ki burda sevmək üçün heç pulda yetmir
Məni düşün, düşünki parfümerəm
Men seni tapakhichin neche ghizi ghorban etdim
Sənmi sadəsən? Hə? Ya mənmi mürəkkəbəm?
Mənə sən lazımsan, qayığa kürək gərək
Bakının küləyi varmış, bilirsən?
Saçınla rəqs edəcək, tək külək mənəm
Məni al məndən mən bir tək sənin olum
Sənsiz dayaz hisslerim seninle dərin olur
Sənsiz gündüzüm gecə, xeyirim şərim olur
Amma bu cəhənnəm Bakı səninlə sərin olur
Yenə al məndən məni mən bir tək sənin olum
Sənsiz dayaz hisslerim seninle dərin olur
Sənsiz gündüzüm gecə, xeyirim şərim olur
Mənə bu cəhənnəm Bakı səninlə sərin olur

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar