Kishore Kumar Hits

Noton - Respect şarkı sözleri

Sanatçı: Noton

albüm: Respect


Bizi bu döyüşdə tək qoyan AzRap haradaydı?
Mənim kütləm arxamda "dayday"dır
Yuxu olardı, bu yuxudan ayılaydım
Gedənlər də kaş geri qayıdaydı
Dünən repə başlayanın bu gün dili uzanır
Onlara deyin Aslixan'ın işinə qarışmasın
Düşmən olursa, olsun, barışmır, barışmasın
Heç olmasa gəlib bizə true'luqdan danışmasın
Canavar qocalmayıb, kefi pozula bilər
Satmaq istəyər dostunu, amma ki sata bilməz
Qladiatorlara Əhəd yalnız dost ola bilər
Məlun Mərdümgiriz heç vaxt bizə diss ata bilməz
Çoxunu çəkmək istəmişdik biz yanımıza
Dedilər, eləmə, elədiyini danırmışsan
İkiqat, de görüm, nə gözləyim mən bu kütlədən?
Məni ustad kimi görüb A4'ü tanımırsa
Yerin üstü Aslixandan, altı isə məndən ibarətdir
Klipi Fərman, beat yığmağı isə Yüzbək unudar
Ölkənin ssenaristlərinə nümunə olaraq
Əlixan Rəcəbovu, Taleh Yüzbəyovu var
Fuad İsgəndərovla oturmuşduq, söhbət edirdik
Dedim, bu komanda öz keyfiyyətini öldürə bilməz
Nə qədər stand-up gördüm, bəyənmədim
Heç kim məni Erkin Ergin qədər güldürə bilməz
Kütlənin düzgün dəyər verdiyini düşünmürəm
Emin Musayevi tanıyan niyə az olmalıdır?
Rafinsh'in "Kinozavr"ı kiminə iynə kimidir
Niyə rejissorların nifrətini qazanmalıdır?
Mc B.u.S'ın "Piramida"sında indi azıb qalmışam
Qulaqcıqda gedən Paster'dir, "Ölənə qədər"
Məsələm Murad'dır, Vaxo'dur, MadRhyme'dır
Neçə ildir, birlikdəyik, davam edər ölənə qədər
Yadına gəlir, Murad? Space'in qabağında,
Pulsuzluqdan çörəyin içinə çörək basıb yemişdik
İndi nə oldu bizə? Dəyişdi dövran
Dəyişdi məni, dəyişdi mənim dünyam
Bu günə kimi heç bir kitab alıb oxumamışam
Necə olur İncəsənət'ə üç dəfə qəbul olmuşam?
Qabiliyyətdən 10 almışam, 5000 pul istəyiblər
Həmin pula studiya açıb sonra reper olmuşam
Dinləyici bu qədər əziyyət çəkdiyimi görmürsə
Avtobus, növbəti dayanacaqda saxla, düşürəm
Çox dedilər, yaraşmır şairə getmək
Bu oyunu tərk edib gedənləri mən başa düşürəm
Düşmən oluram hər gün biriylə
Bu qədər reper sizin üçün az deyil
Oturub dərdləşdik Miri'ylə
Anladım mənə lazım deyil AzRap
Gəl, dost, neçə ili geridə qoymuşuqsa, badələri qaldıraq
Sağlığa
Get, poz, keçmişdəki səhvləri üzümüzə vurmadan söhbəti donduraq
Üzə olma ağ
Gəl, dost, neçə ili geridə qoymuşuqsa, badələri qaldıraq
Sağlığa
Get, poz, keçmişdəki səhvləri üzümüzə vurmadan söhbəti donduraq
Üzə olma ağ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar