Gəl, yağışa addım ataq, ya da qarışaq buludlara Gəl, ümidvaram sözünü dəyişək olsun unutmaram Gəl, elə bil torpağa girək ki əbədi yata bilək Ya da, elə bil duaya dönək ki Allaha çata bilək Mən geri dönənə qədər bütün ulduzları say demişəm O qədər dəli oldum qışa yay, noyabra may demişəm Sən yarimin qasidisən, əyləş sənə çay demişəm Bəlkə tez xəbər gətirəsən yardan gələn ay demişəm Gəl, bu millətə yuxusuzluq dərmanı daddıraq Gəl, elə bir üsyan qaldıraq, buranı yandıraq! Mən gözəlliyinə aşiq, sən isə Qarabağ olaydın (kaş) Mən Müşfiq olaydım, sən də Yenə O Bağ olaydın Gəl, elə bir külək ol kəfənimi cır, mənə əs gedim Yada şaxta ol beynimi dondur, bədənimi kəs gedim Geri dönməzmi gedən qatar bir dəfə dayanmazmı?! Oyadar xəlqi əfğanım qara bəxtim oyanmazmı?! Biz yolunan saçların əvəzini yolmağa gəlmişik Biz Xarı bülbülün haqqını almağa gəlmişik Mən şəhidəm sən qərənfilim, solmağa gəlmişik Biz tək müharibədə könüllü olmağa gəlmişik Gəl, son cəngavər döyüş təbilini vuranda görüşək Gəl, Turanda görüşək ayələrə dönək Quranda görüşək Gəl, əbədi BOZQURD'a dönək ulayaq qiyamətə Gəl, bütün Türküstan Qarabağ üçün ayağa duranda görüşək! Gəl, Turanda görüşək